"Qarabağ" "Zirə" ilə heç-heçə edib

"Qarabağ" "Zirə" ilə heç-heçə edib
İDMAN
21:56 12.09.2025
236
Azərbaycan Premyer Liqasının IV turunun növbəti oyununda "Qarabağ"la "Zirə" komandaları qarşılaşıb.
 
AZXEBER.COM xəbər verir ki, "Azersun Arena"da təşkil olunan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi matçda hesabı qonaqların futbolçusu Ruan Renato açıb. O, 39-cu dəqiqədə penaltidən fərqlənib.

Ağdam təmsilçisindən isə Kadi Borges 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra "Zirə" xallarının sayını 8-ə çatdıraraq ikinci pilləyə yüksəlib. "Qarabağ" 4 xalla 5-cidir.

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR