04:58 çərşənbə, 11 Dekabr 2019
İDMAN

"Qarabağ"a qarşı hücum futbolu oynayacağıq" - baş məşqçi

21:25, 07.07.20193742
"Əminəm ki, bu komandanın davamlılığı olacaq. Heyəti gücləndirmək üçün rəhbərlik tərəfindən doğru addımlar atıldı".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani"nin baş məşqçisi Franko Lerda "Supersport" nəşrinə müsahibəsində deyib. Ağdam klubu ilə oyunöncəsi komandasının hazırlıq durumunu dəyərləndirən italiyalı mütəxəssis qarşıdakı matçla bağlı da danışıb. Lerda "Qarabağ"a qarşı hücum futbolu oynayacaqlarını bildirib:

"Futbolçuları tanımaq imkanım oldu. Komanda ilə bağlı indi başqa fikirlərim var. Hazırlıq dövründə daha çox fiziki məşqlər keçdik. Qarşıda iki vacib oyunumuz var. İdeal vəziyyətdə deyilik. Ancaq əminəm ki, bizdə alınacaq.

Əlimizdəki futbolçulara uyğun olaraq, "Qarabağ"la oyuna 4-3-3 taktiki düzülüşü ilə çıxacağıq. Bu yöndə işlərimizi davam etdiririk. Meydanda hücumameylli komanda görmək istəyirəm. Oyuna ciddi hazırlaşmalı və rəqibi düzgün analiz etməliyik. Qapımızı toxunulmaz saxlamaq şərtilə, hücumda daha çox vaxt keçirməliyik".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Tiranada keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.
XƏBƏR LENTİ