02:50 çərşənbə Axşamı, 25 Sentyabr 2018
İDMAN

“Qarabağ”dan milyonluq transfer - Rəsmi

23:33, 26.06.20184508
“Qarabağ”dan milyonluq transfer - Rəsmi
Fransanın "Lans" klubu futbolçusu Abdulla Zubirin "Qarabağ"a transferini təsdiqləyib.

Klubun saytında yerləşdirilmiş məlumata görə, Fransa təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidi üçün Ağdam təmsilçisi ilə razılığa gəldiyini bəyan edib. "Lans" klubu oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Qarabağ" klubunun 1 milyon avro ödəyəcəyini yazıb.
XƏBƏR LENTİ