"Qarabağ"ın futbolçusu: "Marsel"lə oyunda heç bir təxribatdan qorxmuruq"

"Qarabağ"ın futbolçusu: "Marsel"lə oyunda heç bir təxribatdan qorxmuruq"
İDMAN
21:27 13.12.2021
313
"Müharibədən sonra ən kəskin cavablardan birini Fransaya verdik. Danışmağa sözləri qalmadı. Buradan da güc alırıq. Dövlətimiz elə bir vəziyyətdədir ki, artıq heç kimdən çəkinmirik".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ən futbolçusu Qara Qarayev UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"inə rəqib olmaları barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, sözügedən komanda ilə matçlar asan olmayacaq: "Amma bizim dəyərlərimiz var, öz gücümüzün fərqindəyik. Millət olaraq heç bir ölkədən geri qalmırıq. Milli mənsubiyyətimiz gücümüzdür. Sadəcə, inanmaq lazımdır. Çətin olacaq, lakin vuruşmaq lazımdır. Vaxtilə "Sent Etyen"ə qarşı oynayanda da türkçülüyə qarşı müxtəlif hadisələr olmuşdu. Heç bir təxribatdan qorxmuruq".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk matçını 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.
OXŞAR XƏBƏRLƏR