“Qarabağ”ın ilk oyununun saatı açıqlandı

“Qarabağ”ın ilk oyununun saatı açıqlandı
İDMAN
21:24 21.06.2019
5236
"Qarabağ” sabah Avstriyada ilk yoxlama oyununu keçirəcək.

AZXEBER.COM klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası "Ludoqorets”lə qarşılaşacaq. Bolqarıstan təmsilçisi ilə matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ” Avstriyada ümumilikdə 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi "Ludoqorets”dən başqa, Rumıniyanın "Krayova” (25 iyun), Rusiyanın "Ufa” (28 iyun), Çexiyanın "Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR