"Qarabağ"ın futbolçusu Kabo-Verde millisinə dəvət alıb.
AZXEBER.COM-un klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Efiopiya, Burkina Faso və Kamerun yığmaları ilə Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunlarına çağırılıb.
Qarşılaşmalar müvafiq olaraq yanvarın 9-u, 13-ü və 17-də keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində təlim-məşçq toplanışı keçəcək. Andrade millinin oyunları ilə bağlı Ağdam klubunun hazırlıq prosesinə gec qoşulacaq.