"Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniyanın "Atletik” klubunun müdafiəçisi Yeray Alvares UEFA tərəfindən 10 ay müddətinə diskvalifikasiya olunub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Mançester Yunayted”lə Avropa Liqası matçında (0:3) qadağan olunmuş maddəyə görə müsbət dopinq-test nəticəsi verib.
UEFA futbolçunun bunu bilərəkdən etmədiyini qəbul edib.
Məlum olub ki, qadağan olunmuş maddə saç tökülməsinin qarşısını almaq üçün partnerinə məxsus profilaktik dərmandan yanlış istifadə nəticəsində orqanizmə daxil olub.
Alvares 2026-cı ilin aprelində yenidən yaşıl meydanlara qayıda biləcək.