18:20 Bazar Ertəsi, 22 Oktyabr 2018
İDMAN

"Qarabağ"la oyunda bəxtimiz gətirdi" - "Arsenal"ın futbolçusu

12:10, 05.10.20182018
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ”ın qonağı olan "Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos oyundan (3:0) sonra klubun saytına müsahibə verib.

Qol.az-ın xəbərinə görə, görüşdə ilk qolun müəllifi olan yunanıstanlı müdafiəçi məğlubiyyətə baxmayaraq, "Qarabağ”ın yaxşı çıxış etdiyini bildirib. 

- Böyükhesablı qələbə qazansanız da, sizin üçün asan olmadı...

- Bəli, çox çətin oyun oldu. Rəqib yaxşı çıxış etdi, qol şansları çox olsa da, yararlana bilmədilər. Qələbə qazandığımız üçün xoşbəxtik. Çox çalışmalı və oyunumuzu inkişaf etdirməliyik. Bəzi çatışmazlıqların üzərimizdə  çalışmalı olduğumuzu bilirik.

- Üçlü müdafiə sistemində oynamaq sizə çətin olmadı?

- Bu, mənim üçün yaxşı oldu. Çünki Tomas Tuhelin vaxtında "Borussiya”da da bu sistemlə çox oynamışam. Məncə, uğurlu sistemdir. Təbii ki, baş məşqçi daha yaxşı bilər. O, bəzi taktiki gedişləri sınayır. Hər şey komandanın xeyri üçündür. Məncə, doğru yoldayıq.

- "Arsenal”da qol hesabınızı açdınız. Yəqin ki, bu, sizin üçün xüsusi oyun olacaq.

- Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Qol hesabımı açdığım üçün çox şadam.

- Yəqin qol buraxmadığınız üçün ikiqat sevinclisiniz.

- Əlbəttə, qol buraxmadığımız üçün şadam. Həm "Qarabağ”la, həm də son matçlardakı qələbələrə görə çox sevinirəm. Yaxşı müdafiə olunduğumuz görüşlər olub. Ancaq yenə də inkişaf etməliyik. Çünki "Qarabağ” bu gün xeyli qol şansını qaçırdı. Həmin epizodlarda bəxtimiz gətirdi və bunu çox gözəl dərk edirik. Amma yenə də oyunumuzun getdikcə müsbətə doğru dəyişdiyini söyləyə bilərəm.
XƏBƏR LENTİ