O, sanki ziddiyyətlərdən ibarətdir:
Azərbaycan repinin ən yaxşı ifaçılarından biri və eyni zamanda bestsellərə çevrilən beş kitabın müəllifi.Minlərlə xanımın arzuladığı oğlan və valehedici geniş təbəssümü olan utancaq gənc.Kliplərdəki “sərt reper” və ünsiyyət zamanı Mister Təmkin. Əyləncəli gecələr həvəskarı və incəqəlbli filosof. Zəmanəmizin qəhrəmanı olan Elxan Qaraqan (Zeynallı) məhz belə insandır.Lakin o, təvazökar olduğu və ulduz statusuna iddia etmədiyi üçün bu titula çətin ki, razılaşsın. Hər halda biz müasir Azərbaycanın belə bir qəhrəmanına böyük rəğbət bəsləyirik.Hər halda biz müasir Azərbaycanın belə bir qəhrəmanına böyük rəğbət bəsləyirik: o, gəncdir, həyatda aydın məqsədi olan, savadlı və daima yeni və naməlum olanlara can atan insandır. Onunla ünsiyyətdə olmaq xoşdur, özünə qapılmayıb. Onun üçün yaşamaq maraqlıdır, ona görə də həyat üçün maraqlıdır.Bu barədə – Elxan Qaraqanla müsahibəmizdə.- Elxan, 25 illik ömrünüz ərzində çox şeyə nail olmusunuz: Siz həm populyar rep qrupunun solisti, həm də kitabları demək olar ki, dərhal satılan yazıçısınız. Bu qədər istedad Sizdə haradandır?- Bilmirəm. Kitab oxumağa çox erkən yaşlarımdan maraq göstərməyə başlamışam. Ola bilsin, çoxlu sayda kitab arasında böyüdüyüm üçün. Hesab edirəm ki, məndə aşkar edilən qabiliyyətlərin hamısı ailəmin təsiri ilə bağlıdır. Valideynlərim mənə və bacıma çox əmək sərf edərək, bizə ən əsası müstəqil olmağı öyrədiblər. Hər iki babam (valideynlərim tərəfdən) olduqca savadlı, ziyalı insanlar olub. Onlardan biri jurnalist, digəri isə elmi işçi idi. Lakin mən onların adlarını çəkmək istəmirəm. Bununla kişilənmək istəməzdim.- Elxan, Siz real həyatda H.O.S.T. qrupunun iştirakçısı kimi formalaşdırdığınız obrazdan çox fərqlənirsiniz: ekranda aqressiv insan kimi görünürsünüz, canlı ünsiyyət zamanı isə təmkinlisiniz.- Mən həqiqətən də çox təmkinli insanam. Aqressiya mənə tamamilə yaddır. Bilmirəm, buna kimsə inanacaq ya yox, lakin mən heç kəslə bir dəfə də olsun nə dalaşmışam, nə də söyüşmüşəm. Əlbəttə, uşaqlıq illərini istisna etməklə.- Həyatınızın hansı mərhələsini uşaqlığa aid edirsiniz? Sizcə, uşaqlıq nə vaxt sona çatıb?- Təqribən 13 yaşınma olarkən, həmin dövrdə düzgün kitablar oxumağa və düzgün filmlərə baxmağa başladım. Üstəlik məhz həmin dövrdə türk liseyində təhsil almağa başladım, bura ümumtəhsil məktəbindən olduqca fərqli idi. Bütün bunlar mənim şüuruma və dünyagörüşümə bütövlükdə güclü təsir göstərdi.- Siz “doğru kitablar” dedikdə nəyi nəzərdə tutursunuz?- 12 yaşımda ikən “Qraf Monte Kristo”nu oxudum. Düşünürəm ki, bu yaş üçün kifayət qədər ciddi romandır, bu əsər tam mənası ilə şüurumu alt-üst ütdi. İkicildli əsəri başa vurduqdan sonra çox düşünürdüm. Daha sonra ədəbiyyata aludə oldum, nədənsə ciddi müəlliflərə - Antuan de Sent-Ekzüperiyə, Çalz Dikkensə meyl etməyə başaldım.- Nəvaxtsa özünüzü oxuduğunuz kitabların qəhrəmanları ilə eyniləşdirmisinizmi?- Bilmirəm, lakin uşaq yaşlarımdan özümü qəhrəman kimi hiss etdiyimi dəqiq bilirəm. Həmişə yuxuya getməzdən qabaq bütün dünyanı yaxud heç olmasa konkret insanı (adətən bu, həmin anda vurulduğum qız idi) xilas edəcəyimi xəyal edirdim (gülür).- Sizin həyatdakı şüarınız belədir: «You can» (“Sən bacararsan”). Hər şeyin insanın özündən asılı olduğuna əminsinizmi? Bəs alın yazısı necə?- Fikrimcə, adi çəkməçi olan Napoleon bu barədə eşitməyib yaxud onu qəbul etməyib. Vaxtilə alümin bankalar toplayan Stiv Cobs kimi. Lakin onlar öz həyatlarının necə davam edəcəyi ilə əlaqədar digər variant, yəni hər şeyin onların məqsədlərindən asılı olması barədə eşitmişlər.
Əlbəttə, elə məqamlar var ki, onları izah etmək çətindir. Tutaq ki, mən iki dəfə - əvvəlcə bunkerdə gizləndiyi Hirosimada, daha sonra isə təkrar bombardmandan xilas olmaq üçün qaçdığı Naqasakidə ölümdən canını qurtaran insan barədə eşitmişəm. Mənə elə gəlir ki, doğulma və ölüm tarixləri qabaqcadan yazılıb, onların arasında olanları isə insan özü edir.- Elxan, Siz erkən yaşlarınızdan işləməyə getmisiniz. Nə üçün?- Bir tərəfdən əməksevər olduğum üçün: işsiz qalanda darıxıram. Hətta istirahət günü dostlarımla görüşüb evə qayıtdıqdan sonra çarpayıya uzaqnıb yata bilmirəm. Mütləq nə isə faydalı bir iş görməliyəm, əks təqdirdə həmin günü itirilmiş hesab edəcəyəm. Əgər bir iş görməyə gücüm qalmırsa, “Youtobe”da maarifləndirici sənədli film seyr edirəm, çünki bu da özünə görə bir işdir.Digər tərəfdən, kiçik yaşlarımdan valideynlərimdən cibxərci almaq istəmədiyim üçün özüm pul qazanmağa üstünlük vermişəm. Doğrudur, ilk “əmək fədakarlığı”mızın haqqını heç kəə ödəmirdi: biz uşaqlarla birlikdə böyüdüyümüz həyəti süpürürdük. Lakin sonralar fəhlə, ofisiant və jurnalist işləmişəm.- Öz-özünüzü axtarmısınızmı?- Əvvəlcə xeyr, mən sadəcə olaraq özümü bir işlə məşğul etmək istəyirdim. Daha sonra isə bu axtarış başladı. Təsadüfi deyil ki, BDU-nun jurnalistika fakültəsinə daxil oldum və ixtisasım üzrə işləməyə başladım. Bir qədər sonra hərbi xidmətə yollandım. Lakin universitetə hazırlıq prosesində musiqiyə ara verdim və buna görə özümü çox danlayırdım. Başqalarının məndən fərqli olaraq tanınmış reper olması mənə ağır gəlirdi. Odur ki, ali məktəbə daxil olan kimi uşaqlarla birlikdə qrup formalaşdırdıq.- Yeri gəlmi.kən, ordu barədə. Silahlı qüvvələr sıralarına çağırıldığınız zaman kifayət qədər populyar idiniz. Məgər ordudan yayınmaq fikriniz yox idi?- Belə fikrim var idi, lakin onu dərhal başımdan atdım. Bəli, qorxurdum, bunu etiraf edirəm. Lakin evdə qalmaq və kitab yazan, rep oxuyan, lakin nədənsə qorxan bir insan kimi tanınmaq daha qorxulu idi. Və mən risk etdim.- Təəssüratlarınız necə idi?- Belə bir məzələ əhvalat baş verdi. Mən Naxçıvanda xidmət edirdim. Bir gün yerli sakinlərdən olan “ded”lər məndən acıqlı şəkildə soruşdular: “Bakıdansan?” Müsbət cavab alan kimi amiranə tərzdə dedilər: “Gedək bizimlə!” Həmin an əcəlimin çatdığını düşündüm (gülür), çünki məktəb illərində karate və ciu-citsu ilə məşğul olmağıma baxmayaraq, enlikürək rayonlu oğlanlarla bacara bilməzdim. Beləliklə, həyacan içində onların arxasınca gedir, çox qorxduğumu bildirməyə çalışırdım, birdən dəstənin böyüyü qazanın ağzını açaraq ev toyuğunun dadına baxmağı təklif edir: “Ye, sənin valideynlərin uzaqdadır, bizim üçün isə gətirirlər”.Siz inanmayacaqsınız, lakin bütün xidmət dövrü ərzində nəinki bir kimsə ilə dalaşmamışam, heç söyüşməmişəm də!- Niyə də yox, məmnuniyyətlə inanıram. Bəlkə bu, Sizin öz xidmətiniz olub?- Ola bilsin, Siz haqlısınız… Çünki hər insan müəyyən enerji mənbəyidir. Daxilən aqressiv olan insanlar sanki özlərinə qarşı aqressiv münasibətə vadar edur. Mənim kimiləri isə pis adamlara maraqlı deyil. Çünki onlar, obrazlı desəm, baş rolda olmağı istəyir, bizim kimilərlə qarşılaşdıqda isə yalnız epizod olacaqlarını anlayırlar.- Gözəl danışırsınız, hiss olunur ki yazıçısınız. Məgər Sizin populyarlığınız orduya yayılmamışdı?- İş burasındadır ki, ilk üç ay ərzində həmin Qaraqan olduğumu ciddi-cəhdlə gizlətməyə çalışırdım. Verilən suallara cavab verirdim ki, mən həmin adam deyiləm, sadəcə olaraq ona “çox bənzəyirəm”. Bu hal hərbi hissəmizə general qızının və eyni zamanda mənim fanatımın gəlməsinə qədər davam etdi. Lakin gözlədiyimin əksinə olaraq mənə olan münasibət yalnız müsbətə tərəfə dəyişdi.- Elxan, Siz həqiqətən də çox populyarsınız, klipləriniz daha çox izlənilir, kitablarınız bir neçə gün ərzində satılır. Bunu öz-özünüzə necə izah edirsiniz?- Ola bilsin, mən rusdilli və Azərnaycandilli auditoriya arasında “bağlayıcı körpü” rolunu oynayıram. Uşaqlıqdan rus dilində əla danışsam da, türk liseyində oxumağa üstünlük verdim. Kitablarımı doğma Azərbaycan və rus dillərində yazıram, yəni sanki iki düşüncə tərzinin simbiozu kimi çıxış edirəm. Ona görə də məni hər iki tərəf qəbul edir. Eyni zamanda dinləyicini tərbiyə etməyə, onları bezdirmədən istiqamətləndirməyə çalışıram. Ola bilsin, mahnılarımı dinləyənlərin heç də hamısı kitab yazdığım barədə fikirləşməyəcək, lakin əgər kimsə bu barədə düşünüb özü oxumağa başlasa, bu, əla olacaq.- Yazıçılıq karyeranız nədən başladı?- Kiçik hekayə və esseləri çoxdan yazırdım, mənim inşa yazılarım isə bütün liseydə oxunurdu. 18 yaşda olarkən ilk kitabımı yazdım və, sözün doğrusu, onu kseroks vasitəsilə çoxaldıb dostlarıma hədiyyə etmək istəyirdim. Gözlənilmədən valideynlərim kitaba maraq göstərdi. Onlar onu nəşr etdirməyi təklif etdilər. O zaman mən bunun nə cür edildiyini və nəyin tələb olunduğunu təsəvvür belə etmirdim. Bir sözlə, birinci nəşrin xərcini özüm ödədim. Lakin nəşr etdirmək işin yarısıdır, bu tirajı hələ satmaq lazım idi. Mən riskə getdim: sadəcə olaraq kitabları arxa çantasına yığıb kitab mağazasına yollandım.Əlbəttə, gətirdiyim 50 nüsxəni götürməkdən imtina etdilər: axı siz kimsiniz, biz sizi tanımırıq, o qədər belə gəlib-gedən var ki (gülür). Mən hiyləyə əl atmalı oldum: arxa çantanın ağır olmasını bəhanə gətirərək, onu mağazada qoyub bir qədər sonra götürməyi xahiş etdim. Özüm isə mağazadan çıxan kimi dostuma zəng vurdum və mağazaya gələrək gənc yazıçı Qaraqanın kitabını istəməsini xahiş etdim. Daha sonra bu barədə internetdə elan yerləşdirdik və kitab bir neçə günə satıldı. Ən əsası odur ki, onu oxudular! Bəli, əlbəttə, o zaman mən H.O.S.T. qrupunun iştirakçısı kimi artıq populyar idim, lakin hər halda kitab maraqlı olmasaydı, onu çətin ki, oxuyardılar.- Elxan, Sizin qəhrəmanlarınız arasında ən müxtəliv insanlar var – paranoyadan əziyyət çəkənlərdən tutmuş pozğun insanlaradək. Onların obrazlarına “uyğunlaşmaq” çətin deyil ki?- Çətindir. Yadımdadır, paranoya xəstəliyinə tutulmuş adam barədə yazarkən bəzən mənə elə gəlirdi ki, özüm ağlımı itirirəm. Bu halı 24 saat ərzində keçirməsəm də, inanın ki, yarım saatlıq hiss də kifayətdir.- Sizdə belə insanlara maraq nə üçün və haradandır?- Uşaqlıqda onlarla ünsiyyətdə olurdum. Bilirsiniz, onlara yazığım gəlirdi, eyni zamanda onların bu dünyada özlərini necə hiss etdiklərini bilmək çox maraqlı idi.- Bəlkə başqa bir istedadınız da var? Rəsm çəkirsinizmi?- Çəkirəm. Lakin mənim işlərimi şah əsər adlandırmaq olmaz. Lakin musiqi ilə ciddi surətdə maraqlanıram, hətta fortepyano dərslərinə gedirəm. Artıq bir ildir ki, məşğul oluram, lakin hələlik müsbət nəticələr barədə danışmaq tezdir. Mən musiqi yazmaq istəyirəm. Çünki rep gənclikdə qalan bir şeydir.- Elxan, Siz nə danışırsınız. Sizin cəmi 25 yaşınız var!- Sözün düzü, özümü 40 yaşındakı kimi hiss edirəm.- Siz özünüzü, bəlkə də həyatın mənasını hələ də axtarırsınızmı?- Yaşa dolduqca anladım ki, heç kim heç vaxt onu tapa bilməz. Həyatın mənasını dərk etdiklərini deyənlər yalan danışırlar. Həyatın mənası elə həyatın özündədir. Onu musiqidə, incəsənətdə yaxud pivə və futbolda tapdıqlarını göstərmək istəyənlər sadəcə olaraq ölümdən qorxurlar. Firkimi dəqiqləşdirim: özlərini tapmış kimi göstərənlər. Çünki insan ruhunun tələb etdiyi ilə yaşayırsa, onun qorxmağa vaxtı qalmır. Yadınıza salın, XX əsrə qədər filosoflar səadəti müstəsna olaraq cənnətlə, yəni ölümdən sonrakı həyatla əlaqələndirirdilər.Sonaradan gələn filosoflar isə həyatın mənasının mümkün qədər çox həzz almaqda görürdülər. Bununla da əxlaqsızlıq və mənəvi pozğunluq yayıldı və insanların əsas diqqəti hər şeydən istifadəyə yönəldi. Daha sonra isə Böyük depressiya başladı və insanlar anladılar ki, onların “səadət nəzəriyyəsi”ndə nə isə düzgün düyil. Beləliklə, fikrimcə, biz hansısa “natamam bənd”də dünyaya gəlmişik – bir tərəfdən çox şey bilirik, digər tərəfdən isə heç nədən xəbərimiz yoxdur.- Belə de… Siz üstəlik filosofsunuz. Elə isə Sizin həyat yaxud səadət fəlsəfəniz nədən ibarətdir? Axı Siz də planlar qurursunuz, qarşınıza məqsədlər qoyursunuz.- Bəli qururam, adətən növbəti yarım il üçün. Əgər nəzərdə tutduğum yeddi bənddən üçünü həyata keçirə bilirəmsə, özümü xoşbəxt hiss edirəm. Hazırda cədvələ uyğun işləmək məcburiyyətində deyiləm, lakin bu, yalnız sərbəstlik deyil, öz-özünü təşkil etmək zərurətidir.- Bəlkə həyatınıza yenilik gətirmək, özünüzə aid bir şey qurmaq istəyəcəksiniz?- Tutaq ki, production şirkəti? Belə bir fikrim var.- Bəs asudə vaxtınızı necə keçirirsiniz? İdmanla məşğul olursunuzmu?- Vaxtilə nələrlə məşğul olmamışam: karate və ciu-citsudan tutmuş atçılıq idmanınadək. Atları o qədər sevirəm ki, indi də bəzən cıdıra gedib at sürürəm.- Hələ ordu barədə danışdığınız zaman soruşmaq istəyirdim ki, sülhsevər baxışlarınız karate ilə necə uyğunlaşırdı?- Bu ki, uşaqlıqda olub. Həmin dövrdə mən filmlərin romantikası ilə ruhlanmışdım, buradakı qəhrəmanlar Şərq döyüş növlərinin ustaları olmaqla yanaşı, bəşəriyyətin nəcib xilaskarları kimi çıxış edirdilər. Lakin, təəssüf ki, məşqlərdə başqa insanları gördüm və buna marağım itdi.- Sizdə maraq doğurmayan daha nə var?- Maddi şeylərə aludəçiliyə biganəyəm. Yəni müəyyən avtomobil markası ilə bağlı ajiotaj yaxud brilyant ehtirasını qətiyyən anlamıram. Lakin bu “xəstəliy”ə tutulan insanları da mühakimə etmirəm. Üstəlik sevdiyim qız avtomobil yaxud brilyant istəyərsə, ona mütləq hədiyyə edərəm.- Sevdiyiniz qız varmı?- Xeyr. Mənim xanım fanatlarım var. Onların sayı olduqca çoxdur. Bəzən səhər saat dörddə mənə zəng vurub, sevgilərini etiraf edib ağlayanda özümü itirirəm. Bu daimi etiraflarla nə edəcəyimi bilmirəm.- Yaxşı. Bəs Sizin potensial sevgiliniz necə olmalıdır? Xanım fanatlarınızdan birini sevə bilərsinizmi? Yoxsa Siz zərif cinsin ilk addım atan nümayəndələrinə mənfi münasibət bəsləyirsiniz?- Pis münasibət bəsləmirəm, bu növ xurafatlardan uzağam. Bundan əlavə, bütün xanım fanatlarım olduqca müxtəlifdir və onları tanıya yaxud qiymət verə bilmərəm. Onun necə olmasına gəldikdə isə... cavab vermək çətindir. Bilirsiniz, mən tez-tez vurulurdum və əmin idim ki, bu, ola bilsin, məhəbbətin özüdür, lakin zaman keçdikcə bütün bunlara marağım itirdi. Lakin sevimli insan daima maraqlı ola bilməz, bu insan o dərəcədə doğma olmalıdır ki, onunla birlikdə darıxmaq da rahat olsun... Hesab edirəm ki, qıza baxarkən onda gələcək övladlarımın anasını görə bilsəm, onun həmin İnsan olduğuna əmin olacağam.- Qızların hansı cəhətlərinin qəbul etmirsiniz?- “Bər-bəzəkli” yelbeyinləri, ikiüzlü və asanlıqla əldə edilən qızları sevmirəm. Həmçinin “görüşdük-evləndik” prinsipi üzrə dəqiq planlar quranları da anlamıram. Belə olmaz! Tam əminəm ki, ailə qurmazadan əvvəl insanı tanıçaq, o cümlədən birlikdə yaşamaq lazımdır. Təkrar edirəm, bizim mentalitetimizə xas olan xurafatlardan uzağam.- Böyük ailə sahibi olmağı planlaşdırırsınızmı?- Bəli, əlbəttə, əgər gələcək həyat yoldaşım mənim bu arzumla razılaşacaqsa. Lakin maddi cəhətdən ayaqda möhkən duruna, övladımın bütün ehtiyaclarını təmin edə biləcəyimə əmin olunadək ata olmağı planlaşdırmıram.- Məgər hazırda Sizin pula ehtiyacınız varmı?- Xeyr. Lakin mən milyon qazanmaq niyyətindəyəm.- Artıq istəmirsiniz?- Çünki, necə deyərlər, çətini yalnız ilk milyonu qazanmaqdır, sonrası asandır (gülür). Odur ki, bizneslə məşğul olmaq fikrindəyəm.- Hansı bizneslə?- Vəziyyətin coşqunluğu da məhz bundadır: hazırda bu barədə düşünürəm.- Bəs daha yaxın perpektivi götürsək necə? Bununla bağlı hansı perspektivləriniz var?- Dekabrda növbəti kitabımı tamamlamaq fikrindəyəm. Kitab Azərbaycan dilində olacaq və “Təxliyə” adlanacaq. Bundan əlavə, bu yaxınlarda “Leykemiya” adlı yeni albomum işıq üzü görəcək. Ən əsas hadisə isə “A” adlı ilk kitabımın ABŞ-da nəşr olunmasıdır, lakin bu barədə bir qədər sonra ətraflı danışaağam.- Sizə bütün arzularınızın gerçəkləşməsini və... tezliklə ilk milyonu qazanmağınızı arzulayırıq!Mətn: Natali AleksandrovaFoto: Ruslan Nəbiyev, “OK! Azərbaycan” üçünmənbə: Gün.Az