Qaraqan və Günel Hümbətova 'Maşın'dan belə getdi - VİDEO

MAQAZİN
15:02 23.12.2013
9220
Şoumen Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun yeddinci yarış günündə gözlənilməz hadisələr baş verib.
Showlife.Az xəbər verir ki, bütün iştirakçılar klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunu səsverməyə çıxarıblar.
Xalqdan səs istəyən Hüseyn yarışmanın 2 qadın iştirakçısı Günel Hümbətova, Aydan Axundzadəni, eləcə də Elxan Zeynallını oyundan çıxartmayacağını deyib.Xalqın istəyi ilə şouda qalan Hüseyn hər kəsi şoka salan addım atıb və "kim iştirakçılara meymun demişdisə yaxınlaşsın mənim yanıma" sözünü vurğulayıb.Bu sözün Elxan Qaraqana aid olduğunu düşünən Günel Hümbətova "Maşın"dan əlini çəkib və şounu tərk edib.
Bundan sonra aparıcı Murad Dadaşov Hüseynə yaxınlaşaraq Elxanı şoudan çıxarıb-çıxarmayacağı ilə maraqlanıb, klarnet ifaçısı Elxana "qalsın" deyib.
Ancaq Elxan Qaraqan özü "Maşın"dan əlini çəkərək şoudan gedib və sonda bu sözləri deyib: "Mən insanları özümdən alçaq görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Mən bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan görmüşəm. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən soruşa bilər”
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, Niyam Salami, jurnalist Vüqar Vüqarlı, Aydan Axundova, stilist Anar Ağakişiyev, Hüseyn Məhəmmədoğlu, meyxanaçı İntiqam Rüstəmov və DJ Çina maşın uğrunda mübarizəni davam etdirir.
OXŞAR XƏBƏRLƏR