Qardaş bacısına “Səndən insaf dilər yarın” dedi- VİDEO

MAQAZİN
12:27 17.11.2014
4925
Müğənni Günel Zeynalova və Tunar Rəhmanoğlu "Səndən insaf dilər yarın" adlı mahnını duet şəklində ifa ediblər.Bu haqda G.Zeynalovanın Azərbaycandakı meneceri Şahin Cavadsoy danışıb:"Əslində bu klip yayda çəkilmişdi. Sadəcə, Günel və Tunar mahnının ab-havasına uyğun olaraq bu ekran işini payızda təqdim etməyi lazım bildilər.Sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Tunarın özünə məxsus olan mahnıya türkiyəli rejissor Hasan Kuyucu quruluş verib.Ağ-qara kadrlardan ibarət olan klipdə əsas obrazları elə səbəbkarların özləri canlandırıblar.Klip eksklüziv olaraq “Kral TV”də yayımlandığı üçün “YouTube”a noyabrın 16-da yerləşdirilib.Əminik ki, peşəkar komandanın ərsəyə gətirdiyi "Səndən insaf dilər yarın"ın klipi Günel və Tunarın Azərbaycandakı sevənləri tərəfindən də rəğbətlə qarşılanacaq".Qeyd edək ki, sözügedən mahnının ilk ifaçısı “Türk musiqisinin imperatoru”, Güneli qardaş ölkədə Azəri qızı kimi tanıdan İbrahim Tatlısəsdir.//axsam.az
OXŞAR XƏBƏRLƏR