Qardaş bacısını boğub öldürdü: Şamaxıda dəhşətli hadisə

Qardaş bacısını boğub öldürdü: Şamaxıda dəhşətli hadisə
SOSİAL
11:41 23.01.2017
2557

 

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb. 

Şamaxı sakini 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

///APA
OXŞAR XƏBƏRLƏR