Qardaşından Röyaya sürpriz bəstə - VİDEO

Qardaşından Röyaya sürpriz bəstə - VİDEO
MAQAZİN
19:21 02.11.2025
218
Xalq artisti Röya Ayxan iki gün əvvəl baş tutan möhtəşəm konsertində "Günahkar kimdi” adlı yeni mahnısını ilk dəfə eksklüziv olaraq səhnədə ifa edib.
 
Mahnının sözləri Həmid Məmmədliyə, musiqisi isə ifaçının qardaşı İsmayıl Nəcəfzadəyə məxsusdur. İsmayıl Nəcəfzadə bu bəstəni Röya Ayxana 25 illik səhnə fəaliyyətinə xüsusi hədiyyə olaraq ərsəyə gətirib.
 
Artıq "Günahkar kimdi” mahnısı ifaçının rəsmi YouTube kanalında dinləyicilərin ixtiyarına verilib.

OXŞAR XƏBƏRLƏR