00:01 çərşənbə Axşamı, 18 Dekabr 2018
DÜNYA

Qardaşını və 4 oğlunu öldürdü, 3 nəvəsini isə yaraladı - Video

21:20, 09.03.20182445
Qardaşını və 4 oğlunu öldürdü, 3 nəvəsini isə yaraladı - Video

Türkiyənin Ərzurum şəhərinin Xorasan qəsəbəsində iki arasında mübahisə qanla bitib.

 İlhami Yılmaz adlı şəxslə taxta satdığı iş yerinə gələn qardaşı oğlu arasında mal bölgüsü səbəbindən mübahisə düşüb.

Qardaşı oğlu külqabını onun başına vurub və aralarındakı dava böyüyüb. Bundan sonra hadisə yerinə İ.Yılmazın qardaşı, üç oğlu və üç nəvəsi də gəlib. Bir anda 8 nəfərin üzərinə gəldiyini görən İ.Yılmaz onları silahla dayandırıb. O, qardaşı və 4 oğlunu öldürüb, 3 nəvəsini isə yaralayıb.

İ.Yılmaz isə ayağından yaralı halda qaçmağa cəhd edərkən polislər tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

 
qafqazinfo
XƏBƏR LENTİ