22:20 çərşənbə, 17 Iyul 2019
HADİSƏ

Qardaşının toy günü bomju öldürdü — Dəhşətli qətl

16:02, 24.12.20185388
Qardaşının toy günü bomju öldürdü — Dəhşətli qətl
Bomjun ölümündə təqsirli bilinərək həbs olunan İsmayılov Tural Zakir oğlu Ali Məhkəməyə şikayət ərizəsi yazıb.

AZXEBER.COM "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə məhkum olunan T.İsmayılovun məhkəmə prosesinə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, 2016-cı il aprelin 17-də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 9 ünvanından Bakı şəhər sakini, 57 yaşlı Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

Məlum olub ki, Tural İsmayılov həmin gün qardaşı Bəhruz İsmayılovun toy məclisində olub. Toy başa çatdıqdan sonra isə gecə yarıya qədər bu sevincli günü ailəsi ilə birgə qeyd edib.

Məhkəmədə təqsirləndirilən şəxsin anası qeyd edib ki, aprelin 21-i evə zəng gəldi ki, Tural tutulub:

"Həmin gün Nərimanov rayon Polis Şöbəsinə getdik. Oradan bizə bildirdilər ki, şübhəli şəxs kimi saxlanılır, bir azdan buraxılacaq. Gecə saat 02:00 radələrinə qədər bölmədə gözlədik.

Sonradan oğlumun otaqlardan birinin pəncərəsindən qışqırıq səsini eşitdik. Oğlum "mənə burada işgəncə verirlər ki, qətli boynuma alım. Kömək edin, məni burada öldürürlər” deyə qışqırırdı.

Bizi isə orada əmin etdilər ki, heç nə yoxdur, işi araşdırırıq. O günü evə getdik. Səhəri gələndə gördüyüm mənzərəyə inanmadım. Oğlumu polis əməkdaşları ayaqyoluna aparırdılar. Üzü-gözü şişmiş, halsız, ayaqları yer tutmurdu.

Sən demə, Turala səhərə qədər olmazın işgəncələr verilib. Bədəninə elektrik cərəyanı veriblər, üzünü-gözünə ağır zərbələr endiriblər. Vəhşicəsinə elə döyülüb ki, huşu başında deyildi.

Necə vurublarsa, gözü çıxmışdı. İndi isə gözü zəif görmür. Tural iki dəfə gözündən əməliyyat olunub. Anadangəlmə problemi var. Məhləmizdə bir neçə "bomj” şəxs var ki, orada içib yatırlar, bir sözlə, səfil həyatı sürürlər.

Amma biz onları tanımırıq, yəni əlaqəmiz yoxdur. Oğlumun əvvəl də üzərində dələduzluq barədə cinayət əməli olub, 6 ay həbsdə yatıb. Ona görə də, oğlumu gunahkar bilirlər”.

Təranə xanım deyir ki, oğluna polis bölməsində qətlin görüntülərini izlədiblər:

"Qaranlıq çəkilmiş görüntüdə saqqallı bir şəxs görünür. Boynuna qoyurlar ki, bu sənsən. Halbuki oğlum dövlət işində çalışdığı üçün hər gün üzünü qırxmalı idi. O, görüntüdəki oğlum deyil. Hətta çəkilişin tarixi də göstərilmir. Nə vaxt çəkilib, bəlli deyil".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
XƏBƏR LENTİ