"Qarnı qurdlu mikrob yığını" - Kənan yenidən onları hədəf aldı

"Qarnı qurdlu mikrob yığını" - Kənan yenidən onları hədəf aldı
MAQAZİN
13:51 20.11.2025
159
Aktyor, rejissor Kənan Mahmudov (MM) yenidən bəzi rejissorları hədəf alıb.
 
AZXEBER.COM xəbər verir ki, o, ad çəkmədən onları tənqid edib.
 
Aktyor bildirib ki, artıq o da həmkarıarına dəstək olmayacaq:

"Dünən atam Mahmud kişi ilə söhbət edirdim. Dedim ki, ay ata, mən bu İctimai TV üçün serial çəkən rejissorların hamısının işlərini paylaşıram, onlara dəstək oluram, amma onlar bir dəfə olsun mənim paylaşımlarıma reaksya verməyiblər. Bu nə məsələdir?

Atam dedi ki: "Bala, bilmirsən? Mənim onların dədələrinə borcum var idi. Yəni, başa düşdün də, sənin paylaşdıqların mənim onların dədəsinə olan borcumu ödəmək idi! Amma o borc oğlu Kənan MM tərəfindən bağlandı. Bundan sonra ancaq yuxunuzda görərsiniz! Qarnı qurdlu mikrob yığını. Tüpürüm sizin paylaşım anlayışınıza. Sizi də qınamıram e, balıq başından iylənər”.
 
Aysel
 
OXŞAR XƏBƏRLƏR