Qarovulçunu döydürən "Range Rover"li qadının ərinin kimliyi AÇIQLANDI

Qarovulçunu döydürən "Range Rover"li qadının ərinin kimliyi AÇIQLANDI
SOSİAL
17:23 06.10.2016
22618
 
 
Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, "Marriott Absheron" otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində qarovulçu işləyən gənci az qala ölümcül döydürən "Range Rover"li qadın əhvalatı ilə bağlı qalmaqala son qoyulub.

Qaynarinfo.Az virtualaz.org-a istinadən bildirir ki, qadının qarovulçunu döyüb ona ağır xəsarətlər yetirmiş əri hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Onun adı da açıqlanıb.

Xatırladaq ki, əhvalat bir neçə gün əvvəl baş verib. ....003 dövlət nömrə nişanlı "Range Rover"lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı "Room" mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri virtualaz.org-a danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.

Bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən "AA" seriyalı avtomobillə gələn şəxs-qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları bu hadisə barədə məluma yaymayıblar. Bununla belə döyülən şəxsin kimliyini müəyyənləşdirmişdi. Həmin şəxs 26 yaşlı Gülüşov Famil Fazil oğlu idi. DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə həmin şəxsi döyənin adını açıqlamamamışdı. Bildirmişdi ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir. "Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın", - Orxan Mansurzadə bildirdi.

İndi hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, qarovulçunu döyən şəxs artıq saxlanılıb və ona qarşı həbs qətimkan tədbiri seçilib. Bu, DİN və prokurorluq orqanlarının birgə işi sayəsində mümkün olub. Mənbə bildirib ki, qarovulçunu vəhşicəsinə döyüb ona ağır xəsarətlər yetirən şəxs Azər Cəfərlidir. O, cinayəti törədəndən dərhal sonra Bakıdan qaçıb və İmişli rayonunda gizlənib. Lakin həmin şəxsin gizləndiyi yer müəyyən edilib və iki gün əvvəl tutularaq Bakıya gətirilib.
 
 
 
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat