"Açıq danışa bildiyimiz və ağlımıza gələni deyəcəyimiz vaxtlardır".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
O, paylaşımda bildirib:
"Bu günlərdə bizi susduracaq bəzi şok xəbərlər ala bilərik. Çox çalışacağıq və daim bir şey haqqında düşünəcəyik. Çox kreativ ideyalar irəli sürə bilərik.
Texnologiya, astrologiya, kosmos, internet, təyyarələr, aviasiya və rəqəmsal dünya haqqında təəccüblü xəbərlərlə rastlaşa bilərik. Bu məsələlərlə bağlı ideyalarınız və layihələriniz varsa, onları həyata keçirməyi təklif edirəm.
Həmçinin bu günlərdə texnoloji cihazlardan istifadə edərkən diqqətli olun. Bildiyiniz kimi, hər şey dünya pulları ilə bağlıdır. Ancaq digər tərəfdən, həqiqətən istədiyiniz və həyatınızı asanlaşdıracağını düşündüyünüz texnoloji bir şey varsa, onu da ala bilərsiniz.
Çox ani qərarlar verməli ola bilərsiniz, planlar çox tez dəyişə bilər".
Oksana