Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu

Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
SOSİAL
16:29 23.06.2025
1082
Qax Rayon İcra Hakimiyyətinə kimin rəhbərlik etdiyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hazırda rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev idarə edir.

O, icra başçısının səlahiyyətlərini müvəqqəti yerinə yetirir.

E.Tağıyev ötən ildən icra başçısının birinci müavini vəzifəsində işləyir. Bundan əvvəl isə başçının müavini - İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyunun 20-də Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib və icra başçısı Musa Şəkiliyevi saxlayıb. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncamla M.Şəkiliyev vəzifəsindən azad edilib.
Səbail Rayon Məhkəməsi M.Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan təbdir seçib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
OXŞAR XƏBƏRLƏR