“Qaytarın, müəllimlərin zəhmini və xətkeşini özünə”

“Qaytarın, müəllimlərin zəhmini və xətkeşini özünə”
SOSİAL
16:37 06.02.2026
375
Əfsələddin Ağalarov

Bu gün "İdrak" liseyində güllə yarası alan müəlliməyə ümumiləşdirilmiş təhsil kimi baxaq. Onun reanimasiyadakı ağır vəziyyəti isə təhsilin zəifləyən ürək döyüntüsü kimidir.

Müəllimə əməliyyat otağındadır. Əvvəlcə yarası təmizlənir, nəfəs yolları və ağciyərə hava sızması yoxlanılır, daxili qanaxma nəzarətdə saxlanılır. Bütün bunlar eyni anda, zərgər dəqiqliyi ilə aparılır. Əgər biri gec baş versə, xəstəni itiririk.

Hadisəyə bir-iki ilin nəticəsi kimi baxmaq olmaz. Əməliyyat masasındakı kimi ardıcıllıqla baxmaq lazımdır.

On il öncəyə qayıdaq. Yaddaşımızı təzələyək: müəllim institutunun deqradasiyaya uğradığı dövr. Beş manat üstündə rüsvay edilən, uşağa qışqırdığı üçün üstünə ordu ilə gedilən müəllim, garaguruhla tək qalırdı. O qorxu müəllimi, dinməz dərs deyib evinə getməyə məcbur etdi.

Elə o zamanlar müəllim sözü ucuzlaşdı. Ucuzluğu fürsət bilən yaramazlar "müəllim”i alıb adlarının yanına yapışdırdı. İlk güllənin sıxıldığı tarix o tarixdir.

İndiki cəmiyyət 90-cı illərlə müqayisədə fərqlidir. O illərdə valideyn himayəsində olan uşaqlar daha çox idi. İndi boşanmalar və ailə problemləri uşaqların psixologiyasını məhv edir. Uşaqlar ya evdə atanı, ya ananı görmür və bütün gərginliyi məktəbdə tökür. Qolunda güc varsa zəif uşağı incidirlər, yoxdursa tam nəzarətsiz qalır.

Məktəb psixoloqu institutunun işləməməsi vəziyyəti daha da ağırlaşdırır.

Bu, sadə hesablamadır: qaytarın müəllimlərin zəhmini və xətkeşini özünə. Görün onda sinif otağının divarları necə isinir, necə o boşluq dolur.
OXŞAR XƏBƏRLƏR