Qazaxda ağır qəza: Bir nəfər öldü, digəri yaralandı

SOSİAL
22:09 30.06.2020
563
Qazaxda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet