Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

SİYASƏT
13:16 09.01.2024
174
Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

Bu barədə "Report”a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.
OXŞAR XƏBƏRLƏR