Qazaxıstanda alpinistlər qar uçqununa düşüblər

Qazaxıstanda alpinistlər qar uçqununa düşüblər
DÜNYA
19:07 27.12.2025
102
Qazaxıstan dağlarında baş verən qar uçqunu nəticəsində alpinistlərdən biri ölüb, ikisi isə itkin düşüb.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, üç nəfərdən ibarət qrup dekabrın 24-də Almatı bölgəsindəki Tyan-Şan zirvəsinə yola düşüb. Alpinistlərlə əlaqə dekabrın 26-da kəsilib.

Xilasedicilər alpinistlərdən birinin cəsədini 3 700 metr yüksəklikdə aşkar ediblər. İtkin düşən digər şəxslərin axtarışları davam edir.

İlkin məlumatlara görə, alpinistlər qar uçqunun altında qalıblar. Ölən və itkin düşənlərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR