Qazaxıstanda kafedə partlayış: ölən və yaralananlar var

Qazaxıstanda kafedə partlayış: ölən və yaralananlar var
DÜNYA
12:58 27.02.2026
235
Qazaxıstanın Şuçinsk şəhərində yerləşən kafedə qaz balonunun partlaması nəticəsində güclü yanğın baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mənzil binasının yaxınlığında yerləşən birmərtəbəli kafedə qaz balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb və əraziyə yanğınsöndürən briqadalar cəlb olunub.

Akmola Vilayətinin Fövqəladə Hallar Departamentinin açıqlamasına əsasən, xilasedicilər hadisə yerindən 8 qaz balonunu çıxarıb, 10-dan çox insanı xilas ediblər. Buna baxmayaraq, faciə nəticəsində 7 nəfər həyatını itirib, 19 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə şahidlərindən biri yerli mediaya bildirib ki, partlayış bir anda baş verib: "Hər şey qəfil oldu. İnsanlar çölə qaçırdı. Çoxunun bədəni yanmışdı. Aşpazlar və işçilər yerə uzanmışdı. Yoldan keçənlər insanları binadan çıxarmağa çalışırdı. Mən də ora qaçdım, xalamı gördüm. Onu da çölə çıxarırdılar, o da yanmışdı. Bəzi insanların saçları yanmışdı”.

Faktla bağlı araşdırmalara başlanılıb. Partlayışın dəqiq səbəbi müəyyənləşdirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR