"Qəbələ" ispaniyalı futbolçu Xayme Sierranı transfer edib.
AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xayme Sierra İspaniya "Real Madrid"inin yetirməsidir. O, son olaraq Xorvatiya təmsilçisi "Varajdin"in formasını geyib.
Yeniyetmə yaşlarında "Karabançel", "Real" və "Valensiya"da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində "Leqanes", "Loqronyes", "Kultural Leonesa", "Atletiko Baleares" və Belçikada "Deyinze" klublarında forma geyinib.