İyulun 25-dən 31-dək Qəbələ şəhərində VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Gün.Az xəbər verir ki, 2009-cu ildən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gerçəkləşən Qəbələ musiqi festivalı bu dəfə də dünaynın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək.
Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail, və Almaniyadan məşhur musiqiçilər iştirak edəcək.