Qəbiristanlıqda iki nəfəri qanına qəltan edən azyaşlıya cəza verildi

KRİMİNAL
15:21 13.01.2014
1960

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən məktəblinin məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, məktəbli Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və iki və ya daha çox şəxsin həyatına qəsdetmə maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, iyunun 14-də Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 6 ünvanında, keçmiş “Komsomol” dairəsinin yaxınlığındakı qəbiristanlıqda 1997-ci il təvəllüdlü Z.Ə tanışı, 1995-ci il təvəllüdlü Şahid Qədir oğlu Kərimovu bıçaqlayıb, daha sonra isə həmyerlisi Abbas Abbasovu qətlə yetirib.Hadisə yerindən qaçan Z.E tutularaq istintaqa təhvil verilib.İşin içində olan materiallara görə, Şahid Kərimov Samir Zaitovun telefonunu əlində alıb. Bu səbəbdən də Samir məktəbli dostu ilə Şahidi qəbiristanlığa söhbətə çağırıb.Qəbiristanlıqda sözlə həll edilə bilməyən mübahisəni azyaşlı bıçaqla həll edib.

OXŞAR XƏBƏRLƏR