Qəbul imtahanlarında dəyişikliklər gözlənilir

Qəbul imtahanlarında dəyişikliklər gözlənilir
MARAQLI
11:22 17.11.2011
2020

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq. I ixtisas qrupu – riyaziyyat və fizika; II ixtisas qrupu – riyaziyyat və coğrafiya; III ixtisas qrupu – riyaziyyat və tarix; IV ixtisas qrupu – riyaziyyat və kimya. Qeyd edilən tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaqdır. Bu qrupa daxil olan fənlərin çəki əmsalları aşağıdakı kimi təyin olunur: ana dili - 2; tarix - 2; riyaziyyat - 1; ədəbiyyat - 1; xarici dil – 1

OXŞAR XƏBƏRLƏR