Qəbul imtahanlarının vaxtı açıqlandı

SOSİAL
17:31 22.01.2020
4049
Dövlət İmtahan Mərkəzi 2020-ci ildə keçiriləcək rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə imtahanların tarixlərini açıqlayıb.

Qurumdan AZXEBER.COM-a daxil olan məlumata görə, 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu.

Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub. Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək. Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcək.

XI siniflər üzrə buraxılış imtahanları 5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq.

Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:16 30.09.2020

"Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb” - Prezidentin köməkçisi

13:14 30.09.2020

“Panda” boyaları Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürdü

13:11 30.09.2020

Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən imtina etdi

13:10 30.09.2020

Tərtərdə daha bir mülki obyekt top atəşinə tutuldu - VİDEO

13:06 30.09.2020

Məhv edilən düşmən hərbi texnikalarının görüntüləri yayıldı - VİDEO

12:59 30.09.2020

“Çoxsaylı itkilərimiz var” - Ermənistan Müdafiə Nazirliyi

12:43 30.09.2020

Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var - RƏSMİ

12:37 30.09.2020

Daha 7 şagirddə koronavirus aşkarlanıb

12:35 30.09.2020

Çavuşoğlu: “Ermənistanın Azərbaycana hücumlarına cavab verilməlidir”

12:29 30.09.2020

Tonaşendə erməni taboru mövqeləri qoyub qaçır - Rəsmi

12:28 30.09.2020

“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO

12:25 30.09.2020

"Ermənistan işğalçıdır, Azərbaycan ədaləti bərpa edir" - Hikmət Hacıyev

12:20 30.09.2020

Çavuşoğlu: “Atəşkəs çağırışı edənlər Ermənistana işğal etdiyi torpaqlardan çıx demir”

12:06 30.09.2020

“Səhliyalı”dan orduya dəstək - 5000 kolbasa, 2 ton qablaşdırılmış su göndərdi

12:02 30.09.2020

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu

11:57 30.09.2020

Deputat: “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”

X Mostbet