Qəddafinin oğlu intiqam alacaq

Qəddafinin oğlu intiqam alacaq
MARAQLI
10:45 24.10.2011
1516

Liviyanın devrilmiş və öldürülmüş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam tərəfdarlarına müraciət edib. O, müraciətində Liviya ərazisində olduğunu və qiyamçılara qarşı müqaviməti davam etdirəcəyini bildirib.

APA-nın məlumatına görə, onun müraciəti oktyabrın 24-nə keçən gecə Suriyadan yayımlanan, Qəddafiyə loyal “Ər Ray” telekanalı ilə efirə verilib.

“Biz müqaviməti davam etdiririk. Mən Liviya ərazisindəyəm, sağam, azadam və sona qədər mübarizə aparıb, qisas almaq niyyətindəyəm”, - deyə Seyf əl-İslam bildirib.

Qeyd edək ki, 42 il Liviyaya rəhbərlik etmiş Müəmmar Qəddafi doğulduğu Sirt şəhərində qiyamçılar tərəfindən oktyabrın 20-də öldürülüb. Qiyamçılar onunla birlikdə oğlu Mötəsimi və sabiq müdafiə nazirini də öldürüblər. Məlumatlara görə, Qəddafilər öldürülməzdən əvvəl dəhşətli işgəncələrə məruz qalıblar. Seyf əl-İslam isə Sirtdən qaça bilib.

Liviyada silahlı toqquşmalar 9 aydır, davam edir. Toqquşmalarda minlərlə adam həlak olub.

OXŞAR XƏBƏRLƏR