Qəfil körpə ölümü hallarının səbəbləri açıqlandı

Qəfil körpə ölümü hallarının səbəbləri açıqlandı
DÜNYA
13:05 07.01.2024
193
ABŞ-də aparılan elmi araşdırmaya görə, ani körpə ölümü kimi tanınan və hər il 3 min körpəni təsir edən SUDC (Uşaqlıqda ani açıqlanamayan ölüm) hallarının səbəbinin körpələrin yaşadıqları "qısa yuxu tutmaları” olduğu açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yanvarın 4-də Nyu York Langone Sağlamlıq Mərkəzi tərəfindən paylaşılan araşdırmada SUDC hadisələrinin illərdir araşdırıldığı, lakin körpələrin və uşaqların yuxuda niyə öldüyünə dair dəqiq bir nəticəyə gələ bilmədikləri vurğulanıb.

Bildirilib ki, 6 aydan kiçik körpələr üçün "qəfil körpə ölümü” ifadəsi işlədilirsə, 1 yaşdan yuxarı uşaqlar üçün isə "qəfil səbəbsiz ölüm” ifadəsi işlədilir.

Hər il SUDC səbəbiylə 3 mindən çox körpənin öldüyü qeyd edilərkən, araşdırma üçün 7 ailənin körpələrinin otaqlarındakı video kameraların görüntüləri araşdırılıb. Video görüntüləri araşdıran tədqiqatçılar körpələrin yuxuda yaşadıqları qısa müddətli qıcolmalardan dünyasını dəyişdiyini üzə çıxarıblar. 

Tədqiqat qrupu yüksək hərarətin ölümlərə səbəb olub-olmadığını göstərən məlumatların olmadığını, lakin uşaqların bir çoxunda yüngül infeksiya əlamətləri aşkar etdiklərini söyləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR