"Qələbə qazanacağımıza ümid edirik. "Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq. Oyuna kollektiv şəkildə hazırlaşmışıq".
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bunu "Sevilya"nın futbolçusu Serxio Eskudero Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
"Bütün diqqətimizi bunun üzərinə cəmləmişik. Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Bu xüsusilə də səfər meydanında çox çətindir. Amma yenə də qələbə qazanmağa çalışacağıq" - deyə o bildirib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun sentyabrın 19-u saat 20:55-də başlayacaq.