Qənirə Ataşova hacıxanım oldu

MARAQLI
14:14 24.10.2013
1734

Bu il Həcc ziyarətinə gedən tanınmışlardan biri də ANS-in xəbər aparıcısı Qənirə Ataşova olub.

Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinə qonaq olan Q. Ataşova təəssüratlarını belə izah edib:

“Hacı xanım sözünü qəbul etmirəm. Çünki bu ifadə ancaq Azərbaycanda var, başqa dövlətlərdə belə söz yoxdur. Əslində, mən seçkilərlə bağlı çəkiliş etməyə göndərilmişdim. Rəhbərlik qəfildən xəbər verdi ki, oraya ezam olunursan. Gedib ziyarət etdim və hər şey gözəl oldu”.

OXŞAR XƏBƏRLƏR