Qənirə Paşayeva İzmitdə Xocalı soyqırımı ilə bağlı çağırış edib

Qənirə Paşayeva İzmitdə Xocalı soyqırımı ilə bağlı çağırış edib
Bütün Xəbərlər
15:13 26.02.2016
1671
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının İzmit bələdiyyəsinin dəstəyi ilə izmitdə Xocalı soyqırımı abidəsi önündə təşkil etdiyi tədbirə çoxlu sayda insanlar qatılıb, şəhidlərimizin ruhuna dualar oxunub. InterAz xəbər verir ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar, İzmit bələdiyyı başçısı yardımçısı İbrahim Bulut Xocalı soyqırımı ilə bağlı geniş çıxış edərək, bu soyqırımın unudulmayacağını deyiblər.
Tədbirdə çıxış edən Q.Paşayeva Xocalı soyqırımı barədə geniş çıxış edərək bu soyqırımı törədənlərin indi də Türkiyə əleyhinə fəaliyyət göstərən terror təşkilatlarına yardım etdiklərini bildirib: "Biz bu canilərin ədalət qarşısında cavab vermələri üçün birlikdə daha da çox çalışmalıyıq. Bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır. Dünyada yaşayan bütün türk kökənli insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırırıq".
Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən Q.Paşayeva vurğulayıb ki, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır: "Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər".
Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: "Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir".
Tədbirin sonunda Xocalı soyqırımı abidəsinin önünə qərənfillər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub.
OXŞAR XƏBƏRLƏR