01:47 çərşənbə, 19 Iyun 2019
SOSİAL

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib

10:30, 20.05.20192246
Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğılarını dinləyib
Millət vəkili Qənirə Paşayeva Tovuzda, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva onları Ramazan ayı münasibətilə təbrik edib, dualarının qəbul olunmasını diləyib. Millət vəkili sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.
 
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda bir sıra kəndləri ziyarət edib, sakinlərlə görüşüb, bir sıra şəhid ailələrini, Qarabağ müharibəsi əlillərinin ailələrini ziyarət edib, qayğıları ilə maraqlanıb. Millət vəkili həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir çox xəstələrlə görüşən millət vəkili Qənirə Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Tovuzrayon Mərkəzi Xəstəxanasına müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə dəstək olub.
 
Bir sıra sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərlməsi üçün millət vəkili Qənirə Paşayevaya müraciətlər ediblər. Sakinlərlə görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb.
 
Millət vəkili Qənirə Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
 
Millət vəkili Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.
XƏBƏR LENTİ