Qətərdə İsmayıl Haniyə ilə vida mərasimi keçirilir

Qətərdə İsmayıl Haniyə ilə vida mərasimi keçirilir
DÜNYA
13:13 02.08.2024
141
İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində şəhid olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün Qətərdə dəfn mərasimi keçiriləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, paytaxt Dohada qılınacaq cənazə namazından sonra şəhid İsmayıl Haniyə Lüseyl şəhərində torpağa tapşırılacaq.

İmam Məhəmməd bin Əbdülvəhhab məscidində cümə namazından sonra İsmayıl Haniyə üçün dəfn mərasimi keçiriləcək.

Səhər saatlarından etibarən müxtəlif ölkələrdən çoxlu sayda insan mərasimdə iştirak etmək üçün məscidə axışıb.

Cənazə namazına ərəb və İslam dünyasının liderlərinin qatılacağı gözlənilir.
 
Gülay

OXŞAR XƏBƏRLƏR