Ştutqartda keçirilən yarışda dünyanın ən maraqlı saqqal və bığlarına sahib olan insanlar mükafat uğrunda mübarizə aparıblar.
19 ölkədən ümumilikdə 133 nəfərin qatıldığı qeyri-adi yarışda münsiflər birinciliyi kimə verəcəklərini təyin etməkdə çətinlik çəkiblər.
Fərqli kateqoriyalar üzrə keçirilən yarışda qalib 72 yaşlı Mayur Fridrxt olub. Onun bığı dünyanın ən fərqli bığı mükafatına sahib çıxıb.