Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-un verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, yağışın arabir kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 27-də fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.