İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindən geri çəkildikdən sonra Nasser Hospital kompleksindəki kütləvi məzarlıqdan daha 73 cəsəd çıxarılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu gün bölgənin cənubundakı Xan Yunus şəhərindəki Nasser xəstəxanasında İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin kütləvi məzarlığı tapılıb.
İnsan faciəsindən sonra Qəzza Mülki Müdafiə İdarəsindən verilən açıqlamada Nasser Xəstəxanası kompleksindəki kütləvi məzarlıqda aparılan axtarış işləri ilə bağlı məlumat verilib.
Açıqlamaya görə, kütləvi məzarlıqdan daha 73 cəsəd çıxarılıb. Aprelin 20-dən xəstəxana kompleksində davam etdirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı 283-ə yüksəlib.
Qruplar axtarış-xilasetmə işlərini davam etdirirlər.
Ayşən