Qəzzada hepatit xəstəlikləri sürətlə artır

Qəzzada hepatit xəstəlikləri sürətlə artır
DÜNYA
12:41 06.08.2024
122
İsrailin hücumları və ekoloji fəlakətlər səbəbindən Qəzzada hepatit xəstələrinin sayı sürətlə artır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana intensiv hücumlarını davam etdirdiyi Qəzzada evlərini tərk edərək çadır və sığınacaqlarda yaşamaq məcburiyyətində qalan fələstinlilər zibil və epidemiyaların yaratdığı xəstəliklərlə mübarizə aparır. 
 
Kanalizasiya sisteminin sıradan çıxması, tullantı sularının yığılması və səhiyyə xidmətlərinin lazımi səviyyədə olmaması səbəbindən minlərlə uşaq hepatit diaqnozu ilə müalicə olunur.
 
Xəstəliyin qarşısını almaq üçün isə təcili tədbirlər görmək lazımdır.

Hepatit hadisələri ən çox rast gəlinən və tibbi imkanlar olmadığı üçün ən ölümcül hallar arasındadır.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanasında çoxlu uşaq Hepatitdən müalicə olunur.

Qəzzada minlərlə Hepatit xəstəsinin olduğu təxmin edilir

Xəstəxananın Pediatriya və Doğum şöbəsinin müdiri Əhməd Ferrar AA müxbirinə verdiyi açıqlamada, bütün dünyada ən çox Hepatit A hallarının son vaxtlar Qəzzada qeydə alındığını bildirib.

Gülay

OXŞAR XƏBƏRLƏR