Qəzzada humanitar faciə: Bir kisə un üçün saatlarla növbəyə dururlar

Qəzzada humanitar faciə: Bir kisə un üçün saatlarla növbəyə dururlar
DÜNYA
13:40 30.12.2023
211
Qəzzada bir kisə un almağa gələn fələstinlilər saatlarla növbə gözləyirlər.

AZXEBER.COM "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, humanitar yardımın məhdud olduğu bölgədə insanlar buğda üyütmək və un almaq üçün dəyirmanların qarşısında uzun növbələr yaradırlar.
 
Yanacaq təchizatının da məhdud olması səbəbindən dəyirmanlar yalnız qısa müddət ərzində işləyə bilir.

Bundan əlavə, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzalılara payladığı un miqdarı ehtiyacı qarşılamaq üçün kifayət etmir.
 
Digər tərəfdən, İsrailin hücumları yardım maşınlarının sıx məskunlaşan düşərgədən keçməsinə və yardım paylamasına da mane olur.

Ötən gün İsrail döyüş təyyarələrinin Mağazi Qaçqın Düşərgəsinə gedən əsas yolda infrastruktura zərbə endirməsi nəticəsində yollarda çuxur əmələ gəlib.
 
Çuxurlara doldurulan çirkli su elektrik enerjisi və təmiz su təchizatında fasilələrə səbəb olub. Kanalizasiya şəbəkəsinə də ciddi ziyan dəyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR