Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada sağlamlıq vəziyyəti və son vaxtlar artan poliomielit epidemiyası riski ilə bağlı açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris məlumat verib.
36 xəstəxanadan 16-nın qismən xidmət göstərə bildiyini və cəmi 1400 yataq tutumunun daha çox insanın sağlamlıq ehtiyacları üçün olduğunu söyləyən Harris 2 milyon Qəzzalının həyatının təhlükədə olduğunu deyib.
Qeyd edək ki, iyunun sonunda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) tərəfindən nümunəsi götürüldükdən və iyulun 16-da poliomielit xəstəliyinə qarşı nəticələrin müsbət çıxmasından sonra ÜST Qəzzaya 1 milyon doza poliomielit peyvəndi göndərilməsinə qərar verib.
Gülay