Qəzzada öldürülən BMT əməkdaşlarının sayı artdı

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı artdı
DÜNYA
01:02 25.12.2023
222

İsrailin Qəzzaya hücumlarında həlak olan BMT əməkdaşlarının sayının 142-yə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin Qəzza zolağına hücumları nəticəsində 142 əməkdaşının həlak olduğunu açıqlayıb.

UNRWA-nın "X” hesabında edilən açıqlamada İsrailin sıx hücumlarına məruz qalan Qəzzada itkilərlə bağlı məlumat verilib. 

Açıqlamada Qəzzada öldürülən BMT əməkdaşlarının sayının 142-yə çatdığı, onların əksəriyyətinin ailələri ilə birlikdə həyatını itirdiyi bildirilib. 

Gülay

OXŞAR XƏBƏRLƏR