Qəzzada müvəqqəti məskunlaşanların zorakılığı artır: Geri dönən fələstinlilər evlərini tapa bilmirlər

DÜNYA
13:16 09.09.2024
114
Qəzzada müharibə 339-cu gündür ki, tam sürətlə davam edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin aparıcı "Haaretz" qəzeti bölgədəki bir kəndin qeyri-qanuni məskunlaşanlar tərəfindən dağıdılması ilə bağlı xəbər yayıb.
 
İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində kiçik Fələstin kəndi olan Zanutada məskunlaşanların zorakılığı səbəbindən fələstinlilər evlərini tərk etmək məcburiyyətində qalıblar.
 
İsrail məhkəməsinin qərarı ilə geri dönməyə icazə verilən fələstinlilər aylar sonra evlərinin olması lazım olan ərazidə təəccüblü mənzərə ilə qarşılaşıblar.

Fələstinlilər müharibənin əvvəlində İordan çayının qərb sahilində yerləşən Hebron şəhərində kiçik Fələstin kəndi olan Zanutanı köçkünlərdən qorxduqları üçün tərk ediblər.

Məhkəmə qərarı onların geri qayıtmasına icazə verdi, lakin bu arada qeyri-qanuni məskunlaşanlar onların çoxlu evlərini dağıdıblar.

İndi hərbi hökumət evlərin yenidən qurulmasına icazə vermir.
 
Kənddə yaşayan 36 ailənin keçmiş təcrübələrini xatırlayaraq atdığı bu addım da əsassız çıxmayıb.

Yaxınlıqdakı qeyri-qanuni yəhudi məskənlərinin sakinləri faktiki olaraq kəndə basqın edərək oradakı tikililərə ziyan vurublar.
 
Qanunsuz məskunlaşmalarda yaşayanlar təkcə fələstinlilərin torpaqlarını ələ keçirmirlər.

Ağacları kəsmək, çobanlara hücum etmək, itlərini sürülərə qarşı göndərmək kimi zorakılıq hərəkətləri də edirlər.

Qeyd edək ki, İordan çayının qərb sahilində 451 min, Şərqi Qüdsdə isə təxminən 230 min israilli məskunlaşıb.

Xatırladaq ki, oktyabrın 7-dən bu yana İsrail 18 fələstinli mühaciri öldürüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR