22:16 çərşənbə, 14 Noyabr 2018
GƏNCLİK

QHT nümayəndələri seçkilərdə İlham Əliyevə səs verəcək - VİDEO

14:55, 04.04.20187642
QHT nümayəndələri seçkilərdə İlham Əliyevə səs verəcək - VİDEO

 

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında Qeyri Hökümət Təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Qeyri Hökümət Təşkilatlarının sədrləri, nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbiri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışdı. T. Tağıyev Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə təminat verdiyini bildirdi və qeyd etdi ki bütün bu sadalanan və digər uğurların davamı üçün hər kəsi İlham Heydər oğlu Əiyevə səs verməyə çağırır. 
Milli Məclisin deputatları Hikmət Babaoğlu və Şahin İsmayılov bildiriblər ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onların sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Bu uğurların davamı naminə hər bir azərbaycan vətəndaşı 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməlidir. 

Qeyri Hökümət Təşkilatlarının sədrləri Nurəddin Mehdiyev, Mirhəsən Seyidov, Fəxrəddin Həsənzadə, Fərid Şahbazlı, Ekbər Qoşalı, Nailə İsmayılova, fəal gənc Tamerlan Əkbərov və digərləri çıxış edərək bildiriblər ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib. Bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir.

 

 

 


Yəni, Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların da kökündə, mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. Qeyd edilib ki, gənclər təşkilatları və onların hər bir nümayəndəsi də bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

Sonda təşkilat sədri T. Tağıyev, 11 aprel Prezident seçkilərində hər kəsin YAP-ın namizədi prezident İlham Əliyevə səs verəcəyinə əminliyini qeyd etdi.
Tədbirin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.

 

 

 

 

 


 

XƏBƏR LENTİ