Qırmızı dənizdə gərginlik artdı: ABŞ ballistik raketi vurdu

Qırmızı dənizdə gərginlik artdı: ABŞ ballistik raketi vurdu
DÜNYA
12:37 29.12.2023
187
ABŞ Qırmızı dənizdə pilotsuz təyyarə və ballistik raketi vurduğunu açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizin cənubunda husilərə məxsus pilotsuz uçan aparatı və gəmi əleyhinə ballistik raketi vurduğunu açıqlayıb.

CENTCOM məsələni "X” sosial media hesabında paylaşıb. 

Açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Mason” gəmisinin Qırmızı dənizin cənubunda husilər tərəfindən atılan gəmi əleyhinə ballistik raketi və pilotsuz uçan aparatı vurduğu bildirilib.

Açıqlamada bunun husilərin oktyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 22-ci hücum cəhdi olduğu və bölgədə 18 gəmiyə heç bir ziyanın olmadığı da qeyd edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR