16:52 Cümə Axşamı, 13 Dekabr 2018
İDMAN

Qırmızı vərəqə aldı, paltardəyişmə otağından geri çağırılıb, oyuna davam etdi

14:50, 06.12.20185403
Qırmızı vərəqə aldı, paltardəyişmə otağından geri çağırılıb, oyuna davam etdi

Fransa Liqa1-nin XVI turunda maraqlı hadisə baş verib. Matç.az saytının məlumatına görə, "Bordo" - "Sent-Etyenn" qarşılaşmasında VAR sistemindən qeyri-adi şəkildə istifadə edilib.

Görüşün 75-ci dəqiqəsində "Bordo"nun seneqallı oyunçusu Yunus Sankare qırmızı vərəqə alıb. Dərhal meydanı tərk edən və paltardəyişmə otağına yollanan 29 yaşlı yarımmüdafiəçi daha sonra geri çağırılıb. Baş hakim Klement Turpin epizodun videotəkrarına baxdıqdan sonra qırmızı vərəqəni ləğv edib və "sarı" ilə kifayətlənib.

Qeyd edək ki, oyun "Bordo"nun 3:2 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏR LENTİ