12:31 Bazar Günü, 21 Aprel 2019
SOSİAL

Qızının kafedə işlədiyini öyrənən ata onu öldürüb təslim oldu: “Əxlaqsızlıq edirdi”

19:16, 04.04.20199417
Qızının kafedə işlədiyini öyrənən ata onu öldürüb təslim oldu: “Əxlaqsızlıq edirdi”

Qızını öldürməkdə ittiham edilən atanın məhkəməsi başlayıb. Qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı Qurbanov İlqar Paşa oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilməli olan məhkəmənın hazırlıq iclası təxirə salınıb. Ilqar Qurbanov səhhətində problem olduğu üçün Müalicə Müəssisəsində saxlanılır.

Qətl hadisəsi Yasamal rayonunda baş verib. Həsən Bəy Zərdabi küçəsində Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini əsas göstərib. Məlum olub ki, onun qızı Bakıda kafelərdən birində işləyirmiş.

Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən İ.Qurbanov polis əməkdaşlarına bildirib ki, rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün Bakıya gəlib.

İ.Qurbanova qarş Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 
minval.info
XƏBƏR LENTİ