Castin Biberin keçmiş mühafizəçisi müğənniyə qarşı məhkəmə davası açıb. Mühafizəçinin şikayəti onun əməkhaqqının ödənilməməsi və Biber tərəfindən döyülməsi ilə bağlı olub. Mühafizəçi eyni zamanda bildirib ki, 20 ay ərzində müğənni onu gündə 14-18 saat işlətdiyindən əlavə olaraq pul ödəməyib.Tam olaraq Biberdən 420 min dollar əlavə pul tələb olunur. Müğənni özü hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.