Avstraliyanın Sidney şəhərində birmərtəbəli qocalar evinin iki ayrı hissəsində iki güclü yanğın baş verib. 10 nəfər ölüb, 20-dək adam xəsarət alıb. Binadan 88 nəfər xilas edilib. Yanğın nəticəsində binanın bir hissəsinin damı uçub. Yanğının səbəbi araşdırılır. Yanğınsöndürənlər bunun Sidneydə 1981-ci ildə qocalar evində 16 nəfərin ölümü ilə nəticələnmiş yanğından bəri ən pis hadisə olduğunu deyiblər.